Bu ölkədə qadınların çimərliklərə girməsinə məhdudiyyət qoyuldu

Bu ölkədə qadınların çimərliklərə girməsinə məhdudiyyət qoyuldu
DÜNYA
12:48 26.05.2022
593
Fransada bələdiyyə hovuzlarında çimərlik geyimlərinə icazə məhkəmə maneəsi ilə üzləşib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransada məhkəmə Qrenobl bələdiyyəsinin qadınların çimərliklərə örtüklü çimərlik geyimi ilə girməsinə icazə verən qərarını dayandırıb.

Qrenobl İnzibati Məhkəməsi mayın 16-da şəhərin Şəhər Şurasının təsdiq etdiyi yeni hovuz qaydalarında örtüklü çimərlik geyiminə icazə verən qaydanı dayandırıb.

Məhkəmə bu maddəni "dövlət xidmətlərinin qərəzsizliyinə zidd" hesab edib.

Qrenobl Bələdiyyə Başçısı Erik Piolle Twitter-dəki mesajında məhkəmənin qərarına etiraz edərək Dövlət Şurasına müraciət edəcəklərini açıqlayıb.

İyunun 1-dən etibarən qüvvəyə minməsi gözlənilən bu tənzimləmə Daxili İşlər Naziri Gerald Darmaninin göstərişi ilə İsere qubernatoru tərəfindən məhkəməyə gətirilib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR