Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı

Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
DÜNYA
14:55 18.10.2026
139
Fransada baş verən kütləvi iğtişaşlar zamanı saxlanılanların sayı 1800 nəfərə yüksəlib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes "X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

O bildirib ki, hazırda hüquqazidd əməllər törədənlərin müəyyən edilərək məhkəmə qarşısına çıxarılması məqsədilə araşdırma aparılır:

"Yüzlərlə sahibkara dəyən maddi ziyan kifayət qədər böyükdür”.

Nazirin sözlərinə görə, toqquşmalar və iğtişaşlar zamanı 500-dən çox polis, jandarma və yanğınsöndürən xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR