Fransadan İsrail şirkətlərinə qadağa - Sərgidə iştirakına icazə verilməyəcək

DÜNYA
15:53 16.10.2024
281
Fransanın Parisdə keçiriləcək beynəlxalq dəniz müdafiəsi sərgisində İsrail şirkətlərinin iştirakına icazə verməyəcəyi iddia edilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 4-7 noyabr tarixləri arasında paytaxt Parisdə keçiriləcək beynəlxalq dəniz müdafiəsi sərgisi "Euronaval"a İsrail şirkətlərinin girişinə qadağa qoyulduğu iddia edilib.

Dəniz müdafiə sistemləri sahəsində beynəlxalq sərgilərdən biri olan və yüzlərlə şirkətin iştirak etdiyi "Euronaval" Parisdəki Nord Villepinte Sərgi Mərkəzində keçiriləcək.
 
Parisdə keçirilən yarmarkanın əsas təşkilatçısı Coges Events, "hökumət rəsmilərinin qərarı ilə 2024 "Eurosatory" Sərgi Salonunda İsrail müdafiə sənayesi stendlərinin olmayacağını" açıqlayıb.

Beynəlxalq ictimaiyyət Qəzza və Livana hücumlarını davam etdirən İsraili beynəlxalq təşkilatlara qadağa qoymağa çağırır.   
 
Gülay
OXŞAR XƏBƏRLƏR