Fransadan qalmaqallı xəritə: Türkiyə ərazisi “Kürdüstan” kimi göstərildi - FOTO

Fransadan qalmaqallı xəritə: Türkiyə ərazisi “Kürdüstan” kimi göstərildi - FOTO
DÜNYA
13:16 06.01.2023
332

Fransanın "France 24" telekanalı Türkiyə ərazisinin bir hissəsini Kürdüstan kimi göstərən xəbərlərində AB-nin terror təşkilatları siyahısında yer alan PKK üçün "terror təşkilatı" ifadəsini işlətməkdən çəkinib.

AZXEBER.COM xəbər verir ki, dünən "Fransa 24”də dərc olunan "Vətənsiz Millət Kürdləri: Öz muxtariyyətləri və hüquqları uğrunda yüz illik mübarizə” başlıqlı xəbərdə PKK-nın yalnız Türkiyə tərəfindən terror təşkilatı sayıldığı göstərilib.

Kürdlərin öz dövləti olmayan ən böyük etnik qrup olaraq ifadə olunduğu xəbərdə kürdlərin Osmanlı İmperatorluğunun dağılmasından bu yana öz dövlətlərini qurmağa çalışdıqları və onlara qarşı zorakılıqlara məruz qaldıqları iddia edilib.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR