Fransadan "TikTok"la bağlı gözlənilməz ADDIM

Fransadan "TikTok"la bağlı gözlənilməz ADDIM
DÜNYA
10:39 14.03.2025
167
Fransa Milli Assambleyası "TikTok”un uşaq və yeniyetmələrə psixoloji təsirlərini araşdırmaq üçün komissiyanın yaradılmasını təsdiqləyib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, parlamentin Baş Assambleyasında keçirilən səsvermədə "TikTok"un yetkinlik yaşına çatmayanlar üzərindəki təsirlərini araşdıracaq komissiyanın yaradılmasına yekdilliklə qərar verilib.

Komissiya 6 ay ərzində "TikTok"un alqoritmlərini və platformanın gənc istifadəçilərə psixoloji təsirlərini araşdıracaq.
 
Komissiya həmçinin uşaq və gənclərin müdafiəsi üçün görülə biləcək tədbirləri qiymətləndirəcək.
 
Gülay
OXŞAR XƏBƏRLƏR