Fransalı altıqat dünya çempionu komanda yoldaşının kredit kartını oğurlayıb

İDMAN
18:27 10.06.2024
171
Biatlon üzrə fransalı altıqat dünya çempionu Culiya Simon dələduzluqda təqsirli bilinib.

27 yaşlı idmançı millidəki komanda yoldaşının kredit kartını oğurlayıb və ondan alış-veriş üçün istifadə edib.

O, geyim və idman aksessuarları mağazalarından bir neçə dəfə özünə əşyalar alıb.

Təlim-məşq toplanışı zamanı onunla eyni otaqda qalan Hyustin Breza-Buşe adlı biatlonçu bununla bağlı polisə müraciət edib.

İdmançı cərimə olunub və həmkarına dəymiş ziyanı ödəməyə məhkum edilib.
 
///report

OXŞAR XƏBƏRLƏR