Fransalı futbolçu "Qarabağ"da 150-ci oyununu keçirib

Fransalı futbolçu "Qarabağ"da 150-ci oyununu keçirib
İDMAN
18:55 11.04.2022
333
Abdullah Zubir "Qarabağ” klubunda 150-ci oyununu keçirib.

AZXEBER.COM Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, fransalı legionerin yubileyi Premyer Liqanın XXII turuna təsadüf edib.

"Sumqayıt”la səfər matçında (3:0) Zubir 150-ci dəfə Ağdam təmsilçisinin formasını geyinib.

Zubir bu qarşılaşmalarda 34 qola imza atıb. O, Premyer Liqada 88 (26 qol), avrokuboklarda 50 (8 qol), ölkə kubokunda 12 dəfə meydana çıxıb.

Qeyd edək ki, Abdullah Zubir "Qarabağ”da 2018-ci ildə debüt edib.
OXŞAR XƏBƏRLƏR