Fransalı idmançı antidopinq qaydalarını pozduğuna görə Paris-2024-ə buraxılmayacaq

İDMAN
18:35 23.07.2024
157
Fransalı gimnast Cenna Larui antidopinq qaydalarını pozduğuna görə Paris-2024 Yay Olimpiya Oyunlarına buraxılmayacaq.

Onun dopinq testində istifadəsi qadağan olunan salbutamol aşkar edildiyi üçün 6 ay yarışlardan diskvalifikasiya edilib.

Qeyd edək ki, C.Larui Parisdə keçiriləcək olimpiadada Fransa yığmasının heyətinə ehtiyat gimnast kimi qoşulmuşdu.
 

OXŞAR XƏBƏRLƏR