Fransanın mədəniyyət naziri Frederik Mitteran bu gün Bakıya ikigünlük səfərə gəlir.
Martın 10-da fransalı nazirin iştirakı ilə Bakı İncəsənət Muzeyində "Plaisirs de France" adı altında Fransa tətbqiqi sənət incilərindən ibarət sərginin açılışı olacaq. Bu barədə Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib. Sərginin açılışı haqqında razılaşma ötən il Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransanın mədəniyyət naziri Frederik Mitteranla Parisdə görüşü zamanı əldə olunub. 2 ay nümayiş olunacaq sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir.