Ukraynayönümlü fransalı siyasətçi Qluksmann "Azadlıq heykəli"nin geri qaytarılmasını tələb edib.
AZXEBER.COM xəbər verir ki, heykəl 1884-cü ildə iki ölkə arasındakı ittifaqı xatırlamaq üçün Fransa tərəfindən ABŞ-yə hədiyyə edilib.
Qluksmann çıxışında "Biz zalımların tərəfini seçən, elmi azadlıq tələb edən tədqiqatçıları işdən çıxaran amerikalılara deyirik, bizə "Azadlıq Heykəli"ni geri verin. Biz onu sizə hədiyyə etmişdik, amma siz deyəsən, ona xor baxırsınız. O heykəl evində, burada daha yaxşı olacaq" deyə bildirib.
Xatırladaq ki, Nyu-Yorkda yerləşən heykəl o vaxtdan bəri azadlığın və ABŞ-nin simvoluna çevrilib.
Aysel