Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib

SİYASƏT
11:01 08.01.2015
3106
Parisdə baş vermiş terror aktı ilə əlaqədar Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib.
APA-ya səfirlikdən verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 15.00-da səfirlik əməkdaşları hadisə nəticəsində həlak olanların xatirəsini sükütlə yad edəcəklər.
Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
Fransa prezidenti Fransua Olland ölkədə üçgünlük matəm elan edilib.
OXŞAR XƏBƏRLƏR