Günün ikinci yarısında qədim Ribot şəhərinin (Fransanın cənubundakı Od departamenti) yaxınlığında meşə yanğını baş verib.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə regional prefektura "X” sosial şəbəkəsində məlumat yayıb.
"Ribot şəhəri ərazisində böyük yanğın baş verib. Onun söndürülməsi üçün əhəmiyyətli qüvvələr səfərbər edilib", - məlumatda deyilir.
BFMTV kanalının verdiyi məlumata görə, təbii fəlakət yerinə 430-dan çox yanğınsöndürən gedib.
Prefekturadan bildirilib ki, yanğının söndürülməsi ilə əlaqədar ərazidə yollar bağlanıb.