Fransanın cənubunda yerləşən Buş-dü-Ron departamentində ən yüksək – qırmızı meteoroloji təhlükə səviyyəsi elan olunub.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Météo France” xidməti məlumat yayıb.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, bəzi rayonlarda 200, hətta 240 mm yağıntı düşə bilər.
Fransanın eyni bölgəsində yerləşən daha 5 departamentdə güclü yağış, şimşək və daşqın ehtimalı səbəbindən "narıncı həyəcan" səviyyəsi elan olunub.