Fransanın daxili işlər naziri Loran Nunyes ölkə Prezidenti Emmanuel Makrona istefa ərizəsini təqdim edib.
BFMTV xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətindən bildirilib.
Daxili işlər nazirinin rəhbərinin istefası ilə bağlı çağırış bir sıra partiyalar tərəfindən səsləndirilib, lakin Makron onun ərizəsini rədd edib.
"Mövcud şəraitdə hüquq-mühafizə orqanları üzərində nəzarətin qorunub saxlanılması zərurətini nəzərə alaraq, Prezident nümayişlər zamanı baş verən çoxsaylı zorakılıq hallarından sonra güclü təzyiq altında olan Loran Nunyesin istefasını rədd edib", - deyə məlumatda bildirilir.
///report///











































