Fransanın nüfuzlu jurnalı Azərbaycana həsr edilmiş xüsusi buraxılışını dərc edib

SİYASƏT
09:45 04.05.2013
2034

Fransanın tanınmış "Le Group Areion" nəşriyyat evi "Diplomatie" jurnalının Azərbaycana həsr edilmiş xüsusi buraxılışını dərc edib.

AZXEBER.COM Azərbaycanın Fransadakı səfirliyinə istibnadən xəbər verir ki, "Le Group Areion" beynəlxalq strateji məsələlərdə ixtisaslaşmış nəşriyyat evidir. Qrup Fransa və 30 yaxın xarici ölkələrdə yayılan təqribən 10-a yaxın qəzet və jurnal nəşr edir.Jurnalda azərbaycanlı və fransız mütəxəssislərin, siyasətçilərin və diplomatların ölkəmizin tarixi, xarici siyasəti, Fransa ilə əlaqələri, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş məqalələri dərc edilib.Son illər ölkəmizin Fransada nüfuzunun və imicinin artması, erməni lobbisini qıcıqlandırır və ciddi narahat edir. Öz təsirindən istifadə edərək və ölkəmizə dair qərəzli, açıq böhtan xarakterli və əsassız məqalələrin dərc edilməsinə öz “töhfəsini” verərək, fransız ictimaiyyətinin ölkəmiz haqqında geniş məlumatlandırılması kimi, qarşısıalınmaz prosesi ləngitməyə çalışır. Bu xüsusda, jurnal, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun sözlərinə görə, “digər nəşrlərlə birlikdə, həm siravi oxucular, həm də mütəxəssislər üçün alternativ və qərəzsiz məlumat mənbəyi olacaq... və təbii ki, bu proses davam edəcək”.Səfirliyin təşəbbüsü və Azərbaycan Respublikası Diaspora ilə iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanmış jurnalın, Fransanın dövlət qurumları, mətbuat orqanları, işgüzar dairələr, habelə Parisdə akkreditə olunmuş diplomatik korpus arasında yayılması təmin edilib və kitabxanaların, elm və tədqiqat mərkəzlərin və ali təhsil müəssisələrin həmin jurnalla təmin olunmasına xüsusi diqqət yetirilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb