Fransanın qısa saçlı gözəli ölkəni iki yerə böldü - FOTOLAR

Fransanın qısa saçlı gözəli ölkəni iki yerə böldü - FOTOLAR
MAQAZİN
11:02 21.12.2023
182

Fransada keçirilən gözəllik müsabiqəsinin qalibi olan Eva Gilles qısa saçları ilə gündəmə gəlib.

AZXEBER.COM xəbər verir ki, Gilles fikir ayrılığına görə ölkəni iki yerə bölüb. Bəziləri qalibi çox bəyənsə də, bəziləri bunun onların gözəllik anlayışına zidd olduğunu bildirib.

Müsabiqənin 103 illik tarixində ilk dəfə qısa saçlı namizədin qalib gəlməsi birmənalı qarşılanmayıb. Gilles müsabiqədə qalib gəldikdən sonra bir çox istifadəçi "X” hesabında yarışmanı müzakirə edərək "O, sadəcə saçları qısa və fərqli olduğu üçün seçilib" deyə şərhlər yazıb.

Gillesi tənqid edənlərlə yanaşı, gözəlliyindən valeh olanlar da kifayət qədərdir. Modelin üslubunu bəyənən Fransız siyasətçi Sandrinne Rousseau da Gilles-i müdafiə edərək, "2023-cü ildə Fransada qadınlara olan hörməti saçlarının uzunluğu ilə ölçürük?" deyə iradını bildirib.

 

Aysel

 

 

 

 

 

 


 

 

 

 

OXŞAR XƏBƏRLƏR