Fransanın XİN rəhbəri Gürcüstana gedib

Fransanın XİN rəhbəri Gürcüstana gedib
DÜNYA
18:11 28.04.2023
256
Fransa Respublikasının Avropa və xarici işlər naziri Katrin Kolona regiona səfəri çərçivəsində Gürcüstana gedib.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Bildirilib ki, fransalı nazir Gürcüstana səfəri çərçivəsində həmkarı İliya Darçiaşvili ilə görüş keçirəcək və tərəflər daha sonra mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Katrin Kolonanın Gürcüstan Baş naziri İrakli Qaribaşvili və Gürcüstan Prezidenti Salome Zurabişvili ilə də görüşləri planlaşdırılıb.

Qeyd edək ki, bu, Fransa xarici işlər nazirinin 2018-ci ildən sonra Gürcüstana ilk səfəridir.
OXŞAR XƏBƏRLƏR