Roma Papası Fransisk Əfqanıstanın paytaxtı Kabilin hava limanında baş verən terror hadisəsi ilə əlaqədar başsağlığı verib və xristianları dua etməyə çağırıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, o Əfqanıstandakı vəziyyəti çox narahatlıqla izlədiyini bildirib.
"Hücumlarda ölənlər üçün dua edirəm. Əziyyət çəkən insanlara kömək edən hər kəsə təşəkkür edirəm. Sağlam gələcək naminə barışmaq üçün çalışmağa davam etməyinizi xahiş edirəm", - Fransisk deyib.
Qeyd edək ki, avqustun 26-da Kabildə baş verən partlayışlar zamanı 13-ü ABŞ əsgəri olmaqla 170 nəfər həyatını itirib.