Fransız fotoqraf: “7 yaşlı Aysu atası Rövşənə artıq çiçək gətirməyəcək”

Fransız fotoqraf: “7 yaşlı Aysu atası Rövşənə artıq çiçək gətirməyəcək”
SOSİAL
16:33 05.11.2020
1956

Azərbaycan əsilli fransız fotoqraf, "National Geografic" dərgisinin fotoqrafı Rza Diqqəti ermənilərin Bərdədə törətdiyi terror aktı zamanı həyatını itirən 7 yaşlı Aysu ilə bağlı "İnstagram” hesabında paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, R. Diqqəti Aysunun yas mərasimində çəkilmiş fotoları paylaşaraq belə şərh verib: "Aysu artıq atasına gül gətirməyəcək.

Aysu 7 yaşında idi. Erməni bombaları Bərdə şəhərinə düşəndə o, 2 yaşlı bacısı ilə birlikdə çiçək toplamağa getmişdi. Kiçik bacısını bədəni ilə örtdü, onun canını qurtardı, amma özü öldü.

7 yaşında olan Aysu atası Rövşənə artıq çiçək gətirməyəcək. Pərişan Rövşən qızının tabutu məzara qoyularkən onun rahat yatması üçün torpağın saxlanılmasını istədi".

OXŞAR XƏBƏRLƏR