Fransada əhalinin 71 faizi federativ idarəetmə formasına keçid ideyasını dəstəkləyir.
Bu barədə "Le Figaro” nəşri "Ifop” sorğusuna istinadən yazır.
"Sorğuda iştirak edənlərin 71 faizi Fransanın "federativ olmasını" dəstəkləyib, 73 faizi isə regionların "milli qanunları yerli reallıqlara uyğunlaşdıra bilməsinin təəfdarıdır", - nəşr yazır.
Fransızların böyük əksəriyyəti bəzi böyük regionların sərhədlərinin yenidən nəzərdən keçirilməsini dəstəkləyir.
"Sorğuda iştirak edən fransızların 68 faizi yerli hakimiyyət orqanlarının "dövlətlə müqayisədə kifayət qədər səlahiyyətə malik olmadığını" düşünür və bu, 2012-ci illə müqayisədə 18 bənd çoxdur", - nəşr qeyd edir.
Əhalinin demək olar ki, bütün təbəqələrinin nümayəndələri, xüsusilə ölkənin yaşlı vətəndaşları, kənd icmalarının sakinləri və Marin Le Peni dəstəkləyənlər bu fikirdədir.
Sorğuda 2 min fransız iştirak edib.
report