"Frayburq" qapıçısı ilə müqaviləni uzadıb

"Frayburq" qapıçısı ilə müqaviləni uzadıb
İDMAN
18:22 13.09.2022
255
"Qarabağ"ın UEFA Avropa Liqasının E qrupundakı rəqiblərindən olan Almaniya "Frayburq"u qapıçısı və vitse-kapitanı Mark Flekkenlə müqavilənin müddətini uzadıb.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qolkiperlə imzalanmış sözləşmənin detalları açıqlanmayıb.

Niderlandlı qapıçı mətbuata açıqlamasında "Qarabağ"la ilk tur oyununda (2:1) buraxdığı qola görə topu günahlandırıb.

Qeyd edək ki, Flekken 2018-ci ildən "Frayburq"da çıxış edir. Niderland millisinin üzvü indiyədək 60 rəsmi matçda Bundesliqa təmsilçisinin qapısını qoruyub.
OXŞAR XƏBƏRLƏR