"Frayburq"un baş məşqçisi: "Avropa Liqasında özümüzü sübut etmək istəyirik"

İDMAN
19:35 29.08.2022
267
"Bu turnirdə ölkəmizi təmsil edirik. Orada özümüzü sübut etmək istəyirik".

Bunu "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx deyib.

57 yaşlı mütəxəssis noyabradək sıx təqvimlə üz-üzə olacaqlarını bildirib: "Hazırda bu barədə düşünürəm. 4 oyunda 9 xal qazanmışıq və bu, bizə çox kömək edir. Bundesliqada mövsümə yaxşı start vermişik. Ümid edirəm ki, avrokubokda da eyni nəticələri təkrarlayacağıq".

Qeyd edək ki, "Frayburq" Avropa Liqasında ilk görüşünü sentyabrın 8-də "Europa Park" stadionunda "Qarabağ"a qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
OXŞAR XƏBƏRLƏR