"Frayburq"un hücumçusu: "Hərdən "Qarabağ"ı sadəcə izləyirdik"

"Frayburq"un hücumçusu: "Hərdən "Qarabağ"ı sadəcə izləyirdik"
İDMAN
19:26 09.09.2022
481
"Üç xal qazandığımız üçün məmnunuq. Hesab 2:0 olduqdan sonra rahat atmosfer yarandı və insanlar düşündülər ki, asan oyun və əsl futbol şənliyi olacaq. Matçın startının uğurlu alınması məni də təəccübləndirdi".

Bunu Almaniya "Frayburq"unun futbolçusu Nils Petersen evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun I tur matçı barədə "Kicker" nəşrinə müsahibəsində deyib.

34 yaşlı hücumçu buraxdıqları qoldan sonra yaxşı oynamadıqlarını bildirib: "Bir anlıq çaşqınlıq yarandı. Düzdür, qələbə qazandıq. Amma bu oyunu tənqidi təhlil edəcəyik. Bizim üçün çətin başlanğıc idi".

Almaniyalı forvard "Qarabağ"ın həqiqətən yaxşı komanda olduğunu söyləyib: "Hamı istənilən halda bizdən qələbə gözləyirdi. Amma rəqib pis oynamadı. Təsnifat mərhələsində bir neçə güclü komandanı mübarizədən kənarlaşdırıb. Qrupda bir neçə xal qazanacaqlarını düşünürəm".

Təcrübəli oyunçu ilk 25 dəqiqədən sonra zəif çıxış etmələrinin səbəbini açıqlayıb: "Rəqibin əlinə oynamağa başladıq. Nəticədə onlara boş sahə verdik. Qonaqların əsas istəyi də məhz bu idi. Topla çox yaxşı rəftar edirdilər. Hərdən sadəcə, onları izləyirdik. Bəzi epizodlarda isə rəqibi topdan məhrum edirdik. Lakin bu, tez-tez olmurdu. Xoşbəxtlikdən, qalib gəldik. Əsas nəticədir."Qarabağ” bizdən qat-qat artıq beynəlxalq təcrübəyə malikdir. Fikrimcə, gələn həftə Pireydə bu cür təzyiqə məruz qalmayacağıq".

Qeyd edək ki, "Qarabağ" və "Frayburq" arasında növbəti oyun noyabrın 3-də Bakıda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
16:08 20.09.2025
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
15:58 20.09.2025
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
Növbəti köç karvanı Kəlbəcərə çatıb
15:44 20.09.2025
Növbəti köç karvanı Kəlbəcərə çatıb
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
15:41 20.09.2025
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
15:20 20.09.2025
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
14:58 20.09.2025
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR