"Frayburq"un kapitanı: "Qarabağ"ın əvəzinə başqa rəqib arzulaya bilərdik"

"Frayburq"un kapitanı: "Qarabağ"ın əvəzinə başqa rəqib arzulaya bilərdik"
İDMAN
18:47 26.08.2022
395
"Qarabağ"ın əvəzinə başqa rəqib arzulaya bilərdik".
 
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan təmsilçisinin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Frayburq" komandasının kapitanı Kristian Günter klubun rəsmi televiziyasına açıqlamasında deyib.

29 yaşlı müdafiəçi Azərbaycana ən uzun səfərlərdən birini edəcəklərini söyləyib. Almaniyalı oyunçu qrupdakı digər rəqibləri Yunanıstan "Olimpiakos"unun isə möhtəşəm stadiona malik olduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, "köhlən atlar" G qrupunda "Olimpiakos" və "Frayburq"la yanaşı Fransa "Nant"ı ilə də mübarizə aparacaq.
OXŞAR XƏBƏRLƏR