Azərbaycan Premyer Liqası və kubok oyunları zamanı VAR sisteminin işində texniki problem yaranarsa, oyun dayandırılmayacaq.
Bu barədə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik KİV nümayəndələri üçün seminarda açıqlama verib.
Avstriyalı funksioner bildirib ki, AFFA və Peşəkar Futbol Liqası bununla bağlı öz aralarında razılaşmalıdır: "Hər hansı problem baş verərsə, görüş VAR-sız davam etdiriləcək. Bunu, çempionatın əsasnaməsinə də salmaq lazımdır".