FTB Trampa dair minlərlə gizli sənəd tapıb

FTB Trampa dair minlərlə gizli sənəd tapıb
DÜNYA
04:53 31.07.2025
475
Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel ABŞ prezidenti Donald Trampın Rusiya ilə iddia olunan əlaqələri ilə bağlı büronun araşdırmasına aid məxfi sənədlər aşkar edib.

Bu barədə Trampa loyal olan "Fox News" telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, Patel "gizli otaqda" olan bir neçə paketdə "minlərlə sənəd" tapıb. Söhbət məxfi məlumatların emalı üçün qapalı zona adlanan (SCIF) məkandan gedir.

"Fox News"un həmsöhbətləri bildiriblər ki, Patel və onun komandası FTB binasında əvvəllər məlum olmayan SCIF aşkar ediblər. Tapılan sənədlər arasında ABŞ kəşfiyyatının FTB-nin Trampın Rusiya ilə əlaqələri barədə narrativin yayılmasında "rol oynamaq" niyyəti barədə məlumatının olduğunu göstərən sənəd var.

Telekanalın mənbələrinin sözlərinə görə, sənədin dərc edilməsi ABŞ hökumətində 2016-cı il prezident seçkiləri ərəfəsində Hillari Klintona "Trampın Rusiya ilə əlaqələri barədə qalmaqalı şişirtməyə" kömək etmək üçün planın mövcud olması barədə fikri dəstəkləyəcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR