ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi ilə bağlı FTB-dən açıqlama verilib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, sui-qəsdlə bağlı araşdırma aparan FTB rəsmisi Kevin Rojek hadisə çərçivəsində təxminən 1000 adamla geniş müsahibələr apardıqlarını və bir çox itkin parçaları tamamlamağa çalışdıqlarını ifadə edib.
Rojek qeyd edib ki, sui-qəsd cəhdi edən Tomas Metyu Kruks hücumdan əvvəl həm Tramp, həm də Baydenin seçki mitinq yerləri ilə bağlı geniş araşdırmalar aparıb və Trampın Pensilvaniyanın Butler bölgəsindəki mitinqini hücum üçün uyğun "fürsət” olaraq görüb.
Rojek həmçinin bildirib ki, FTB olaraq cinayətkərın motivasiyası ilə bağlı müəyyən təsəvvürləri var, lakin mövzu ilə bağlı açıqlama verəcək məqamda deyillər.
Xatırladaq ki, Donald Tramp iyulun 13-də Pensilvaniya ştatının Butler bölgəsində keçirdiyi mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən silahla hücuma məruz qalıb.
Mitinqdə iştirak edən 1 nəfər ölüb, 2 nəfər yaralanıb və ABŞ Məxfi Xidməti məlumat yayıb. təcavüzkarın zərərsizləşdirildiyini bildirib.
FTB hücumu sui-qəsd cəhdi olaraq təyin edib və araşdırmalardan sonra cəhdi edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğu açıqlanıb.