Fuad Muradov: 'Ermənistanın hərəkətləri açıq-aşkar Dağlıq Qarabağ münaqişəsinin həllinə olan maneçilikdir'
19:15 08.06.2012
1256
«Hillari Klintonun səfəri zamanı Azərbaycanla cəbhə xəttində qanlı hadisələr törətməklə ermənilər ABŞ-dan qoxmadıqlarını göstərmək istədilər». Bu fikri Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, millət vəkili Fuad Muradov deyib. F.Muradov bildirib ki, ermənilər hər zaman olduğu kimi Hillari Klintonun səfəri zamanı da beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdılar. Onun sözlərinə görə, bu davranış ermənilər tərəfindən beynəlxalq aləmə çox ciddi bir mesajdır.