Fuad Muradovun namizədi geri addım atdı - MİLLİ ŞURA SEÇKİLƏR

GƏNCLİK
01:15 30.06.2012
2139

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) yeni sədri seçiləcək. Seçkiyə bir neçə saat qalmış sədrliyə namizəd Mirhəsən Seyidov namizədliyini geri götürüb. Bu haqda AZXEBER.COM-a Milli Şuraya üzv olan təşkilatlardan birinin sədri məlumat verib. Bundan əlavə şuranın hazırki sədri, millət vəkili Fuad Muradov da lent.az-a müsahibəsində seçkilərə namizəd kimi yalnız Şahin Seyidzadə və Gülsel Səfərovanın adını çəkib.Məlumata görə, seçkidən sonra Mirhəsən Seyidova şurada yüksək vəzifə veriləcək. Mirhəsən Seyidov cəmiyyətdə Fuad Muradovun yaxın adamı kimi tanınır.

Qeyd edək ki, Milli Şuraya seçkilər bu gün saat 12.00-da Muğam Mərkəzində baş tutacaq və 71 təşkilat yeni sədrini seçəcək. 

OXŞAR XƏBƏRLƏR