2024-cü ilin mart-aprel aylarından başlayaraq Naxçıvan Muxtar Respublikasında tikinti işləri geniş vüsət alacaq və olduqca böyük infrastruktur layihələri icra olunacaq.
AZXEBER.COM xəbər verir ki, bunları Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli jurnalistlərə müsahibəsində deyib.
Fuad Nəcəfli bildirib ki, bu gün muxtar respublikada ən aktual sahələrdən biri tikintidir. Bu günə qədər mövcud olan tikintilərin keyfiyyəti qaneedici olmadığına görə müvəqqəti olaraq bu sahədə işlər dayandırılıb. 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramını təsdiq edib. Bu proqram çərçivəsində 2023-cü ilin son 4 ayı ərzində icra olunması nəzərdə tutulan layihələrin hamısı tenderlər vasitəsilə həyata keçirilməyə başlanıb. Layihələrin tətbiqi, əsaslandırılması, layihələndirilməsi, işçi layihələrin hazırlanması üzərinə iş gedir. Artıq 2024-cü ilin mart-aprel aylarından başlayaraq Naxçıvan Muxtar Respublikasında tikinti işləri geniş vüsət alacaq və olduqca böyük infrastruktur layihələri icra olunacaq.
"Bu ili ümumilikdə müsbət dəyərləndirirəm. Həyata keçirilən islahatlar nəticəsində Naxçıvanda həm iş adamları, həm ümumi əhali üçün rahat, sərbəst bir mühit formalaşdırılıb. İnsanlar hər bir sahədə sərbəst düşünə, sərbəst hərəkət edə bilirlər. Mən keçən illərin təhlilini aparmaq fikrində deyiləm. Amma, ümumilikdə bütün qərarlar artıq kollegial əsaslarla qəbul olunur.
Naxçıvan şəhəri və ümumilikdə, Naxçıvan Muxtar Respublikası 2023-cü ildə 40-dan çox tədbirə ev sahibliyi etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev ili” elan olunmasına uyğun olaraq həm də bu istiqamətdə tədbirlər keçirildi.
Bu il Naxçıvan həm də çox maraqlı, olduqca əhəmiyyətli bir görüşə ev sahibliyi etdi. Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti ilə Türkiyə Cümhuriyyəti Prezidentinin görüşü keçirildi, eləcə də ayrı-ayrı nazirlərin iştirakı ilə hökumətlərarası görüşlər oldu. Bu da hər iki dövlətin gələcək perspektivlərini müəyyənləşdirmək naminə növbəti bir mərhələnin başlanğıcı kimi çox əhəmiyyətli idi. Ümumilikdə, 2023-cü il təkcə Naxçıvan Muxtar Respublikası üçün deyil, Azərbaycan Respublikası üçün kifayət qədər yaddaqalan, şanlı bir tarix oldu. Çünki, biz bu il Azərbaycan Respublikasının bütün ərazilərində öz suverenliyimizi bərpa etmişik. Haqlı olaraq qürurla, fəxrlə bunu həmişə yadda saxlamalıyıq", - F.Nəcəfli qeyd edib.
Onun sözlərinə görə, Prezident Naxçıvan Muxtar Respublikasında səfərdə olarkən belə bir fikir səsləndirmişdi: "Naxçıvanın qazı, nefti olmasa da, günəşi var”. Buna uyğun olaraq da Naxçıvanın "yaşıl enerji" sahəsində aparıcı qüvvə olması hədəflənir. Naxçıvanda günəşli günlərin sayı olduqca yüksəkdir, ərazilərimizdə külək resursları var. Ümumilikdə, "yaşıl enerji"yə keçidlə bağlı layihələr artıq işlənilib. Aparıcı şirkətlərlə ilkin memorandumlar imzalanıb. Hazırda layihələrin icrası ilə bağlı işçi layihələr hazırlanır. 2024-cü ilin ikinci yarısında bu layihələrin icrasının şahidi olacağıq.
Facebook
WhatsApp
Twitter
Xəbər lenti
Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb
29 Dekabr, 2023 / 22:28
Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olanlar məsuliyyətə cəlb edilib
29 Dekabr, 2023 / 22:00
Türkiyə Superkuboku: "Qalatasaray" - "Fənərbağça" matçı ləğv edilib
29 Dekabr, 2023 / 21:46
Vətənpərvər ictimai-siyasi xadim, ermənilərlə mübarizə aparan ziyalı Əhməd bəy Ağaoğlu
29 Dekabr, 2023 / 21:44
Yaponiya Cənubi Koreyaya nota verib
29 Dekabr, 2023 / 21:19
Orta Dəhliz üzrə tranzit müddəti 2024-cü ildə 14-18 günə qədər azalacaq
29 Dekabr, 2023 / 21:18
Biləsuvarda avtomobil 4 nəfəri vurub
29 Dekabr, 2023 / 20:56
Laçında quruculuq işlərində xidmətləri olan qurumlar mükafatlandırılıblar
29 Dekabr, 2023 / 20:43
Gürcüstanda hüquqi şəxslərə siyasi partiyaları maliyyələşdirmək qadağan edilib
29 Dekabr, 2023 / 20:33
Dünyanın ən zəngin 500 adamının ümumi sərvəti 1,5 trilyon dollar artıb
29 Dekabr, 2023 / 20:23
Ukraynaya kütləvi raket hücumu: ölənlərin sayı 27-yə çatıb, 144 nəfər yaralanıb - YENİLƏNİB-6
29 Dekabr, 2023 / 20:08
Bakı metrosunda Həmrəylik günü və Yeni il münasibətilə bayram proqramları keçirilib - FOTO
29 Dekabr, 2023 / 19:50
Tərtərdə pirotexniki vasitələrin satışını təşkil edən şəxslərin işi məhkəməyə göndərilib
29 Dekabr, 2023 / 19:40
"Bravo" marketlər şəbəkəsi böyüməkdə davam edir!
29 Dekabr, 2023 / 19:40
Fransada yeni il ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilir
29 Dekabr, 2023 / 19:30
Report İnformasiya Agentliyi










































