‘Fuad Qəhrəmanlı 10 manatımızı vermədi’ - AXCP-də qalmaqal

‘Fuad Qəhrəmanlı 10 manatımızı vermədi’ -  AXCP-də qalmaqal
SİYASƏT
12:50 21.05.2013
2508

AXCP-nin Masallı rayonunda keçirdiyi toplantı qalmaqalla başa çatıb.

 Belə ki, görüşdə iştirak edən rayon sakinləri bunun müqabilində onlara pul vəd edildiyini, amma aldadıldıqlarını iddia ediblər. Rayon sakinləri Abuşov Mübariz Hüseyn oğlu, Eynullayev Nazim Gülağa oğlu, Rzayev Sahib Mirzə oğlu tərəfindən AZXEBER.COM-a daxil olan müraciətdə bildirilir ki, onlar mayın 11-də səhər saat 10-da işə getdikləri zaman AXCP-nin rayon təşkilatının rəsmisi Məmmədağa Eynullayevlə rastlaşıblar. M.Eynullayev onlara bildirib ki, mayın 12-də 2013-cü il saat 15.00-da rayonda yığıncaq keçiriləcək. “Kim iştirak etsə, adam başına 15 manat pul paylanacaq və veriləcək. Biz də razılaşdıq”. Tədbirin mahiyyətindən xəbərsiz Masallı sakinləri bildirirlər ki, orada Məmmədağa Eynullayevin qohumu Yaqubla görüşüblər. Yaqub deyib ki, “arxayın olun özünüzlə nə qədər adam gətirə bilirsinizsə gətirin, hamısına pul veriləcək”. Vəd verilən vətəndaşlar mayın 12-də saat 15.00 radələrində deyilən yerə gələrək yığıncaqda iştirak ediblər. Lakin iclasdan sonra pul üstündə mübahisə düşüb: “Pulumuzu vermək istəmirdilər. Biz pulu Məmmədağanın yaxın adamı olan Yaqubdan tələb etdik. O da Məmmədağadan istədi, sonra adama 5 manat pul verdilər və dedilər ki, qalan 10 manatı da Bakıdan gələn qonaqlar verəcək”. Bakıdan gələn qonaqların kimliyi ilə maraqlanan Masallı sakinlərinə deyiblər k, bu, Fuad Qəhrəmanlı adlı birisidir: “Dedilər AXCP rəhbərlərindən biridir. Fuad Qəhrəmanlının pul verəcəyini çox gözləsək də o, bizimlə görüşmədi və maşına əyləşərək çıxıb getdi”. İndi görüşdə iştirak edən rayon sakinləri onlara vəd edilən pulu tələb edirlər: “Xahiş edirik ki, pulumuzu almaqda bizə köməklik göstərin”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb