Fuad Qəhrəmanlı qızlarından imtina etdi - Həyat yoldaşını və qızını evdən qovdu

Fuad Qəhrəmanlı qızlarından imtina etdi - Həyat yoldaşını və qızını evdən qovdu
SOSİAL
11:00 11.10.2019
7629
Bu gün Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı növbəti məhkəmə prosesi keçirilib.

AZXEBER.COM "demokrat.az”a istinadən xəbər verir ki, Zümrüd Yağmuru məhkəmədə vəkili təmsil etsə də, Fuad Qəhrəmanlı və vəkili ümumiyyətlə prosesə qatılmayıb. Oktyabrın 17-si saat 15:00-a təxirə salınan növbəti məhkəmədə F.Qəhrəmanlının qızı Sənay Yağmurun ifadə verməsi gözlənilir.

Zümrüd Yağmurun vəkili bildirib ki, Fuad Qəhrəmanlı xüsusi qəddarlıqla ailəsinə işgəncələr verib və son olaylardan sonra həyat yoldaşını və qızı Sənayı yaşadığı evdən qovub.

O bildirib ki, Selcan Yağmurun məlum status və video müraciətindən sonra F.Qəhrəmanlı hər iki qızından da imtina edib.

Vəkilin sözlərinə görə, Zümrüd Yağmur F.Qəhrəmanlıya qarşı əmlak iddiası da qaldıracaq:

"Bununla bağlı məhkəməyə ayrıca müraciətimiz olacaq. Çünki birgə yaşadıqları ev təkcə Fuada deyil, həm də Zümrüdə və qızlarına məxsusdur. Hazırda Zümrüd və qızı Sənay başqa ünvanda yaşayırlar”.

Məhkəmə prosesində iştirak edən jurnalistlərin zaldan çıxarılmasını və məhkəmənin qapalı keçirilməsini tələb edən vəkil bundan sonra hakimin heç bir suallarına cavab verməyib.

Hətta bir qədər də irəli gedərək, "Necə istəyirsiniz qərar çıxarın, istəyirsiniz Sənayı yetimlər evinə verin” deyərək, prosesin sonunu gözləmədən zalı yarımçıq tərk edib.

Məhkəmə zamanı diqqətçəkən məqamlardan biri həm özü, həm də azyaşlı qızları ağır şiddətə və qeyri-insani rəftara məruz qaldığı halda Zümrüd Yağmurun baş verənləri ictimaiyyətdən gizlətmək istəyi olub.

Qadın qüruru bu dəfə də öz sözünü deyib və vəkili vasitəsilə "İstəyirsiniz Sənayı yetimlər evinə verin” deyərək, yenidən ailəsinin nüfuzunu qorumağa çalışıb.

"Bu Zümrüdün ailə problemidir, ictimailəşməsini istəmir” deyən vəkilin sözlərindən çıxan məntiqi nəticə budur.

Bu arada qarşı tərəf, yəni Fuad Qəhrəmanlı isə AXCP-yə yaxın sosial media hesablarında qızının intim görüntülərini tirajlamaqla "aydan arı, sudan duru” çıxmağa çalışır. Guya o yaxşı atadır, sadəcə qızları əxlaqsızdır.

F.Qəhrəmanlı bu məsələdə də Z.Yağmura 1:0 uduzub. Döyülən, söyülən, şiddətə məruz qalan qadın ailəsinin nüfuzunu qoruduğu halda döyənin, söyənin, sadistin biri özü haqqında "yaxşı kişi” obrazı yaratmağa çalışır.

Heç şübhəsiz bütün bunlar təsadüfi deyil. F.Qəhrəmanlı adlı siyasi kələkbaz öz maraqlarını hər şeydən, hətta doğma övladlarından da üstün tutur və bütün bu yalanları tirajlamaqda məqsədi yenidən "siyasi statusu”nu bərpa etməkdir.

AXCP sədrinin müavinliyindən istefa verdiyini və siyasətdən getdiyini bəyan edən F.Qəhrəmanlı Milli Şuranın piketində görünürsə, demək onun "missiyası” hələ başa çatmayıb.

Bir halda ki, Milli Şuranın "başbilənləri” – Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli aksiyaya qatılmayıb, o halda məxsusi olaraq F.Qəhrəmanlının piketdə iştirakı hansı məqsədlərə xidmət edir? Hakimiyyətə işlədiyinə dair məlum səsyazısından sonra özünü həm də cəbhəçi dostlarının yanında təmizə çıxarmaq istəyən Fuadın "Mən qızlarımı bağışlayıram, bütün hallarda mənim övladlarımdır” bəyanatının ardınca onları növbəti şiddətə məruz qoyaraq, evdən qoyması əsl "yurdçu xisləti”inin təzahürüdür.

AXCP sədri Əli Kərimli ilə yaxın münasibətləri olan, onunla birlikdə təhsil alan tələbə yoldaşlarının və keçmiş əqidə yoldaşlarının yekdil fikri var:

Əli Kərimli hətta "böyük bayıra” gedəndə belə siyasi manevrlər edir və bu xisləti onun "yurdçu” dostlarına da sirayət edib.

Köhnə "komsomolçu”nun bir zamanlar cani-qəlbdən müdafiə etdiyi sovet ideologiyasına xəyanəti ilə başlayan bu yol ardınca Əbülfəz Elçibəyə, əqidə dostlarına, tələbə yoldaşlarına, müxalifətə və Azərbaycanın milli maraqlarına xəyanətə qədər uzanır.

Necə deyərlər, "Nə tökərsən aşına, o da çıxar qaşığına”. Vaxtilə AXCP sədrinə, yəni Əbülfəz Elçibəyə xəyanət edən Ə.Kərimli bu gün AXCP sədri olaraq F.Qəhrəmanlı xəyənətkarlığı ilə üzləşib.

Necə ki, o zamanlar Ə.Elçibəy bunu bilə-bilə heç bir tədbir görə bilmirdi, hazırda da Ə.Kərimli F.Qəhrəmanlı xəyanəti qarşısında acizdir.

Məhz bu səbəbdəndir ki, Fuad Qəhrəmanlı Milli Şuranın aksiyasında öndə gedir, özünü yenidən siyasi realizə etməyə çalışır.
B
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
15:41 20.09.2025
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
15:20 20.09.2025
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
14:58 20.09.2025
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb