Fuad Qəhrəmanlının cinayət işi üzrə istintaq yekunlaşdı

SOSİAL
19:46 31.05.2016
1505

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsindəolan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

F. Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, istintaq orqanı tərəfindən istintaqın yekunlaşdığı elan edilib.

Yaxın günlərdə vəkillər cinayət işinin materialları ilə tanış olmağa başlayacaqlar.

Qeyd edək ki, F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

OXŞAR XƏBƏRLƏR