“Funda” Tibb Mərkəzində vergidənyayınma halları aşkar edildi

“Funda” Tibb Mərkəzində vergidənyayınma halları aşkar edildi
SOSİAL
12:28 21.09.2020
662
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "İLLAC” MMC-yə məxsus, Bakının Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsi, 45 ünvanında yerləşən "Funda” tibb mərkəzində vergi nəzarəti tədbirləri həyata keçirib.

Bu barədə AZXEBER.COM-a Xidmətdən məlumat verilib. 

Nəzarət tədirləri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, işçilərin hüquqi qüvvəyə minmiş əmək müqaviləsi əsasənda işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi vəziyyəti yoxlanılıb.

"Funda” tibb mərkəzinin rəhbərliyi - direktor Hümbətov Asim Yusif oğlu və həkim Hümbətova Lamiyə Yusif qızı mühasibatlıq və pul sənədlərinin təqdim edilməsi ilə bağlı vergi xidməti əməkdaşlarının qanuni tələblərinə əməl etməyib, operativ nəzarət prosesinin gedişatına maneçilik törədiblər. Vergi nəzarəti tədbirləri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığı, o cümlədən göstərilmiş tibbi xidmətə görə müştəri tərəfindən ödənilmiş nağd pul vəsaitinin dövriyyədən yayındırılması faktları aşkar edilərək müvafiq akt tərtib edilib. Bundan başqa, 27 nəfər tibb işçisinin  əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar olunub.

Vergi orqanı əməkdaşları tibb mərkəzinin işçiləri ilə sorğu apararkən mərkəzin rəhbərliyi nəzarət prosesinə maneçilik törədərək sorğuya müdaxilələr edib, əmək müqaviləsi olmayan 13 heyət üzvünün (onların şəxsiyyətləri müəyyən edilib) izahat verməkdən yayındırılmasına, onların tibb mərkəzindən müxtəlif yollarla kənarlaşdırılımasına şərait yaradıb.

"Funda”nın rəhbərliyi qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq zəruri sənədlərin və məlumatların vergi xidməti əməkdaşlarına vaxtında təqdim edilməsini təmin etməyib, onların fəaliyyətinə ciddi maneələr yaradıb. 

Vergidən yayınma faktlarının gizlədilməsinə yönəlmiş hərəkətlər və aşkar olunan nöqsanlar Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən akt və protokollarla rəsmiləşdirilib. Nəzarət tədbirlərinin həyata keçirilməsinə maneçilik törədilməsi faktı üzrə materiallar müvafiq hüquqi qiymət verilməsi üçün Nərimanov Məhkəməsinə göndərilib. Araşdırmalar davam edir.

"DVX bir daha vergi ödəyicilərini qanunvericilyin tələblərinə ciddi şəkildə əməl etməyə, həmçinin operativ nəzarət tədbirləri zamanı vergi əməkdaşlarının iş prosesinə süni maneələr törətməməyə çağırır və bildirir ki, bu cür halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması təmin ediləcək", - deyə qurum bəyan edib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq