Funikulyor işləyir - ŞAD XƏBƏR

Funikulyor işləyir - ŞAD XƏBƏR
18:22 08.06.2012
3331
Bir neçə günlük bağlanan Funikulyor yenidən istifadəyə verilib. Qeyd edim ki, mayın 23-də dövlət başçısının iştirakı ilə Funikulyorun açılışı oldu. Bundan sonra bir müddət paytaxt sakinləri bu nəqliyyat vasitəsindən pulsuz istifadə etdi. Hətta bu, axşam saatlarında Funikulyorun giriş-çıxışında böyük növbələrə də səbəb oldu. Daha sonra bir neçə günlük istifadəsi dayandırılan Funikulyorda qiymətlə bağlı məsələlərin öz həllini tapacağı bildirilmişdi. Amma Funikulyorun direktoru Tofiq İsmayılov deyir ki, istifadənin iki günlük dayandırılması sırf texniki yoxlama işləri ilə bağlı idi.Artıq paytaxt sakinləri və qonaqlar Funikulyordan istifadə edirlər. Pulsuz istifadə isə onların daha da ürəyincə olub. Qeyd edim ki, Bakı Funikulyoru ilk dəfə 1960-cı il may ayının 5-də fəaliyyətə başlayıb. Köhnə görünüşündən tamamilə fərqlənən indiki Funikulyor İsveçrə şirkəti tərəfindən təmir edilib. 28 yerlik vaqonlar isə Almaniyadan gətirilib.Köhnə gözləmə zalları da yeniləri ilə əvəz olunub, tam şüşə ilə örtülmüş Bakı Funikulyorunda 2 qatar 10 dəqiqəlik intervalla işləyir. Hər gün səhər saat 10-dan axşam saat 10-a qədər paytaxt sakinləri Funikulyordan pulsuz istifadə edə bilərlər. Hər halda istifadə üçün kifayət qədər vaxt var. Buna görə də funikulyor rəhbərliyi paytaxt sakinlərindən qatarlara minərkən bir-birlərinə qarşı nəzakətli olmağı xahiş edir. //ANSPRESS
OXŞAR XƏBƏRLƏR