Canlı yayımda özünü öldürəcəyini deyən futbolçu vəfat etdi

Canlı yayımda özünü öldürəcəyini deyən futbolçu vəfat etdi
İDMAN
16:47 18.09.2019
6012
Amiotrofik lateral sklerozdan əziyyət çəkən niderlandlı futbolçu Fernando Riksen bu gün vəfat edib.

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, bir neçə ildir şiddətli ağrılardan əziyyət çəkən Fernando müstəqil şəkildə hərəkət edə və danışa bilmirdi. Riksenin "28 iyun mənim üçün xüsusi gündür. Bu, mənim son gecəm olacaq. Gəlin bu gecəni unudulmaz edək" açıqlaması onun evtanaziya ediləcəyi kimi qəbul olunsa da, sonradan bununla son canlı yayımı nəzərdə tutduğu bəlli olmuşdu.

Xatırladaq ki, Hollandiya millisinin keçmiş üzvü olan Riksen "Fortuna Sittard", "AZ Alkmaar", "Qlazqo Reyncers" və "Zenit" klublarında oynayıb.
OXŞAR XƏBƏRLƏR