Futbol klubunun avtobusu qəzaya uğrayıb

İDMAN
19:08 27.03.2024
207
Syerra Leonenin "Port Osoriti" futbol klubunun avtobusu yerli çempionat matçına yollanarkən qəzaya uğrayıb.

Hadisə Kenema şəhərində baş verib.

Qəza nəticəsində "Port Osoriti" klubunun baş məşqçisi Lamin Banqura dünyasını dəyişib. Futbolçular və digər komanda üzvlərinin ciddi şəkildə yaralandığı bildirilib.

Qeyd edək ki, qəzanın təfərrüatı ilə bağlı yerli təhqiqat orqanlarının araşdırmasından sonra ictimaiyyətə açıqlama veriləcək.

OXŞAR XƏBƏRLƏR