Braziliyanın Manaus şəhərində naməlum şəxslər məşq zamanı futbol komandasını güllələyiblər.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbərinə görə, insident zamanı 17-33 yaş arasında altı futbolçu ölüb, daha on nəfər isə yaralanıb.
Yaralılardan biri, 16 yaşlı futbolçu kritik vəziyyətdədir.
Polis ehtimal edir ki, hadisəyə "First Capital Command” (PCC) və "Family of the North” kriminal qruplaşmalarının arasında hesablaşma səbəb olub.