Futbol matçında dava düşdü - VİDEO

İDMAN
18:42 17.01.2013
1220
İtaliya kubokunun 1/4 finalında dava düşüb.AZXEBER.COM-un “La Gazzetta dello Sport”a istinadən verdiyi məlumata görə, “Roma” klubu səfərdə “Fiorentina”ya minimal hesabla qalıb gəlib. Oyunun əsas vaxtı qolsuz heç-heçə ilə bitib. Əlavə olunmuş vaxtda isə yeganə qolu qonaqlar vurub. Matçın 97-ci dəqiqəsində Mittio Destro fərqlənib.Oyunun əlavə olunmuş vaxtının son dəqiqələrində Dodo və Kvadrado arasında dava düşüb. Hər ikisi qırmızı vərəqə ilə cəzalandırılsalar da, sakitləşmədilər. Onların davası yaşıl meydandan kənarda da davam etdi.

OXŞAR XƏBƏRLƏR