Futbol qaydalarında yeni dəyişikliklər edilib

Futbol qaydalarında yeni dəyişikliklər edilib
İDMAN
17:55 13.06.2022
449
Beynəlxalq Futbol Assosiasiları Şurası (IFAB) komandalara oyun ərzində 5 əvəzetmədən istifadəyə imkan verən qaydaları daimi əsasda təsdiqləyib.

AZXEBER.COM-un Report-a istinadla məlumatına görə, koronavirus pandemiyası dövründə komandaların kadr çatışmazlığı üzündən tətbiq olunmuş qayda qüvvədə saxlanılıb.

Bu qayda aparıcı milli və beynəlxalq yarışlarda 5 əvəzetmədən istifadəyə imkan verəcək. IFAB bütün futbol ictimaiyyətinə bu düzəlişin daimi əsasda qaydalarda yer almasını tövsiyə edib.

Habelə, ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq.
OXŞAR XƏBƏRLƏR