Futbol Şamaxıya qayıtdı: Rəsmilər oyunu izlədi - FOTOLAR

Futbol Şamaxıya qayıtdı: Rəsmilər oyunu izlədi - FOTOLAR
İDMAN
20:55 27.10.2019
12334
AFFA-nın təşkil etdiyi Region Liqasının 2019/2020-ci il mövsümünün birinci turu çərçivəsində bu gün Şamaxı Olimpiya İdman Kompleksinin meydanında "Şamaxı” və "İmişli” komandaları qarşılaşıb.
 
AZXEBER.COM xəbər verir ki, təxminən 1000 nəfərə yaxın azarkeşin trubunadan seyr etdiyi qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov da izləyib.

Qarşılaşma 1:0 hesabı ilə "Şamaxı” komandasının xeyrinə yekunlaşıb.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR