Futbol stadionu qəbiristanlığa döndü - FOTO

İDMAN
16:24 07.05.2013
1269
İtaliyada futbol azarkeşləri futbolçuları əməlli başlı qorxudublar.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, III liqaya düşmək təhlükəsi ilə qarşı-qarşıya olan "Askoli"nin tərəfdarları mübahisələrə səbəb ola biləcək bir addım atıblar.Belə ki, futbolçuların məşq etdiyi stadiona daxil olan azarkeşlər stadionda məzarlıq ab-havası yaradıblar. Yəni ki, stadionda xristianlıq dininin qaydalarına uyğun olaraq məzarların üzərinə qoyulan xaç basdırıblar. Basdırılan xaçların sayı 11 ədəd olub. Bundan əlavə onlar "Səbrimiz tükəndi, ya oynayın, ya da şiddətə hazır olun" yazılan plakat açıblar.
OXŞAR XƏBƏRLƏR