Avqustun 25-də futbol üzrə Azərbaycan millisinin yoxlama xarakterli təlim-məşq toplanışı başlayacaq.
AZXEBER.COM AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Canni De Byazi 3 gün davam edəcək hazırlıq prosesinə 20 oyunçu çağırıb.
DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alan Azərbaycan millisi sentyabrın 1-də Lüksemburqun, sentyabrın 4-də İrlandiyanın qonağı olacaq, sentyabrın 7-də isə Portuqaliyanı qəbul edəcək.