Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının 2013/2014-cü il mövsümünün ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, püşkün nəticəsinə əsasən, VIII qrupda yer alan yığmamız Qazaxıstan, Avstriya və Polşa komandaları ilə qarşılaşacaq.