“Futbolçulara “Qarabağ”ı xatırlatmalı olduğumu düşünmürəm” - Simeone

“Futbolçulara “Qarabağ”ı xatırlatmalı olduğumu düşünmürəm” - Simeone
İDMAN
21:19 03.10.2018
7450
"Brügge" ilə oyun asan olmayacaq. Sabah futbolçularım onlara yalan danışmadığımı görəcəklər. Bizim yaxşı oyunçularımız ola bilər, amma rəqib də özünə inanan komandadır.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun "Brügge" ilə ev oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib. Bu gün keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini açıqlayan argentinalı mütəxəssis ötən mövsüm bu turnirdə "Qarabağ"la görüşlərdən də danışıb:

"Düşünmürəm ki, futbolçularımıza "Qarabağ"ı xatırlatmalıyıq. Çünki onlar necə oynamalı olduqlarını bilirlər. Monakoda öz oyunumuzu yaxşılaşdırdıq və ondan sonra irəliyə doğru gedirik. İdeal variantı tapmaq üçün bütün komanda ilə həm müdafiə olunmalı, həm də hücum etməliyik".

Xatırladaq ki, "Atletiko" ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ"la hər iki oyununda (Bakıda 0:0, Madriddə 1:1) vacib xallar itirib və turnirlə vidalaşıb.
OXŞAR XƏBƏRLƏR