“Futbolçulara yorğunluq barədə düşünməyə imkan verməyəcəm” -Qurban Qurbanov

“Futbolçulara yorğunluq barədə düşünməyə imkan verməyəcəm” -Qurban Qurbanov
İDMAN
22:04 31.10.2018
5149
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Keşlə”ylə 1:1 hesabıyla nəticələnən Topaz Premyer Liqasının VII turundan təxirə salınmış səfər matçından sonra mətbuat konfransı keçirib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşma haqda fikirlərini bölüşüb.
 
- Qələbə üçün gəlmişdik, ancaq alınmadı. Oyun planımızda bir az çətinliklər oldu. Bu meydançada oynamaq çətindir. Heyətdə dəyişiklər vardı. Maksimlə Donald zədəli idi. Yenə də futbolçular qalib gəlmək üçün çox əziyyət çəkdilər. Hiss olunur ki, yorğunçuluq çoxalıb.
 
- Ansi də zədəli olmalıdı...
- Ansinin "Vorskla”yla matçadək sağalacağı çətindir. O, həmin rəqiblə oyundan öncə məşqdə əzələsini dartmışdı. Maksim oyun öncəsi məşqdə zədələnib. Onun Ukraynadakı matça qədər sağalmasını indidən dəqiq deyə bilmərəm. Ola bilər ki, Donald Gerye həmin vaxtadək sağalsın. Düşünürəm ki, mərkəz müdafiəçilərimiz normal oynadılar.
 
- Bu yorğunluq böhrana çevrilə bilər?
- Biz neçə illərin komandasıyıq. Çox zaman olub ki, belə vəziyyətlərlə rastlaşmışıq. Məğlub ola-ola, bunları düzgün qəbul edərək bu vəziyyətə çıxmışıq. Hamımız bir olmalıyıq. İçəridə olan problemləri görürəm, bilirəm. Böhran həmişə yorğunluqdan sonra görünür. Təcrübəli komandayıq, başqa çıxış yolumuz yoxdur. Bu qrafikə alışmalıyıq. Meydanda daha çox əziyyət çəkməliyik.
 
- Tablo dəyişikliyinə görə əvəzləmə yubandı....
- Futbolçularımız 79-cu dəqiqədən ordadı. Beş dəqiqə yubanma oldu. Bilmədim, ehtiyat hakim orda nəsə axtarırdı. 
 
- Tərlan Əhmədov AZAL-da "Neftçi”də 4 müdafiəçiylə oynayırdı. Onun 5 müdafiəçi ilə oynaması gözlənilməz oldu?
- Açığı, yox. Ancaq az ehtimal edirdim ki, belə oynayacaq. Buna da hazırlaşmışdıq. Dəfələrlə 5 müdafiəçiylə oynayan komandaya qarşı oynamışıq. "Keşlə” bu sistemlə ən yaxşı oynayan komandalardan biridi. 
 
- Növbəti turda sürətli "Sumqayıt”la qarşılaşacaqsınız. Ola bilər ki, bu dəfə işiniz daha çətin olsun?
- Ola bilər ki, olsun. Bütün oyunlar gərgin keçir. Futbolçulara yorğunluq barədə düşünməyə imkan verməyəcəm. Belə oyunlara alışmalıyıq, meydana daha da aqressiv çıxmalıyıq. Rəqibin futbolçularının aylıqda potensiallarına görə maraqlı oyun olacaq. Bu, təkcə Əfran İsmayılovla bağlı deyil. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 69-a çatdı
16:06 04.07.2025
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 69-a çatdı
Saray körpüsündə GENİŞLƏNDİRMƏ işlərinə start verilib
16:04 04.07.2025
Saray körpüsündə GENİŞLƏNDİRMƏ işlərinə start verilib
Gəlin, qucaqlaşaq!
15:58 04.07.2025
Gəlin, qucaqlaşaq!
Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
15:58 04.07.2025
Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
15:30 04.07.2025
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
Almaxanım ana oldu
15:20 04.07.2025
Almaxanım ana oldu
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi