"Futbolçuları torbaya salıb, körpüdən atmaq olar”

İDMAN
14:01 04.12.2011
1734
Ukrayna milli komandasının sabiq futbolçusu Viktor Leonenko Avro-2012-nin final mərhələsinin püşkünə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, gələn yay vətənində və Polşada keçiriləcək məsul turnirdə qruplar haqda təəssüratlarını bölüşən keçmiş hücumçunun Rusiya yığması haqda fikirləri orijinallığı ilə diqqət çəkib. Belə ki, Moskva “Dinamo”sunun sabiq futbolçusu milli komandamızın DÇ-2014-ün seçmə mərhələsində rəqibi olan rusların belə qrupdan çıxmamağa haqqı olmadığını düşünür: “Marko van Basten Rusiya vətəndaşlığını qəbul edə bilər! Ona bunu rahat verərlər – axı Rusiyaya belə püşk çıxarıb! Əgər ruslar belə zəif və axmaq qrupdan çıxmasalar, futbolçuları torbaya salıb, körpüdən atmaq olar. Rusiyanın Ukrayna ilə düşməməyinə gəlincə...Bu, maraqlı olardı, ancaq bu zaman siyasət futbolçudan çox olardı. Qaz haqq-hesabını yada salan”.

OXŞAR XƏBƏRLƏR