"Ümumiyyətlə, biz yaxşı oynadıq"
"Sona qədər mübarizə apardıq. Əlimizdən gələni etdik ki, qələbə qazanaq. Ancaq yenə son dəqiqədə qol buraxdıq". Bu sözləri Bolqarıstanla oyundan (1:2) sonra milli komandamızın üzvü Vaqif Cavadov deyib. "Məncə, yaxşı oyun nümayiş etdirdik. Bilmirəm, nədənsə, nəticə qazana bilmədik. Hesab 1:1 olsaydı, bunu yaxşı nəticə saymaq olardı. Stadionun ot örtüyü də yaxşı deyildi. Bu da oyunumuza təsir etdi. Ancaq məğlubiyyətə bunu bəhanə gətirmirik. Hər iki qolda kobud səhvə yol verdik. Konkret kimisə günahlandırmaq olmaz. Yəqin ki, sabah hər kəs öz oyununu analiz edəcək. Ümumiyyətlə, biz yaxşı oynadıq", deyə Vaqif Cavadov bildirib.