Futbolçunun başını tapdalayıb öldürdülər

DÜNYA
20:00 21.04.2014
1462
Qabon çempionatında oyun zamanı bədbəxt hadisə baş verib
Qabon çempionatında oyun zamanı bədbəxt hadisə baş verib.
ANS PRESS-in verdiyi məlumata görə, “Bonqovil” klubunun qolkiperi Silveyn Azuki sonuncu turun oyunu zamanı ölüb. Qapıçının ölümünə səbəb rəqib komanda oyunçusunun onun başını bilməyərəkdən tapdalaması olub.
Azuki qapıya yaxınlaşan topun qarşısını alsa da, rəqib futbolçu sürətini saxlaya bilməyib və yerdə olan qapıçının başını tapdalayıb. Aldığı ağır xəsarətdən sonra qolkiper xəstəxanaya aparılarkən yolda keçinib.
OXŞAR XƏBƏRLƏR