Futbolçunun ölümü ilə bağlı yeni detallar – “Hər şeyi kameraya çəkirdim”

Futbolçunun ölümü ilə bağlı yeni detallar – “Hər şeyi kameraya çəkirdim”
İDMAN
18:26 10.07.2025
467
Portuqaliya millisinin və "Liverpul” klubunun hücumçusu Dioqu Jota ilə qardaşı Andre Silvanın faciəvi yol qəzasında həlak olması ilə bağlı yeni detallar ortaya çıxıb.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, hadisənin şahidi olan yük maşını sürücüsü Joze Azevedu Portuqaliyanın "Record” nəşrinə açıqlamasında bildirib ki, qəza zamanı Jota sürət həddini aşmayıb:

"Mən hər şeyi kameraya çəkirdim və yardım etmək üçün dərhal dayandım. Təəssüf ki, heç nə edə bilmədim. Vicdanım təmizdir. Maşının markasını və rəngini seçə bildim. Bu yol çox qaranlıq və təhlükəlidir. Həmin ərazidən tez-tez istifadə edirəm, yolun vəziyyəti də yaxşı deyil.”

Azevedu hadisə zamanı yanğınsöndürənlə müdaxilə etməyə çalışsa da, futbolçuların həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, qəza İspaniyanın şimal-qərbində baş verib. Jotanın idarə etdiyi "Lamborghini” markalı avtomobil ötmə manevri zamanı təkərin partlaması nəticəsində yoldan çıxaraq alovlanıb. Hər iki qardaş iyulun 5-də Portuqaliyada dəfn olunub.

OXŞAR XƏBƏRLƏR